Bakıda 51 yaşlı qadını avtomobil vurub

02:40 03-01-2021 325

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Rayonun Mehdiabad qəsəbəsində yolu keçən 1969-cu il təvəllüdlü Mirzəyeva Kəmalə Şəhriyar qızını avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.