Droqba həyat yoldaşından ictimailəşən gizli video ilə əlaqədar ayrıldığını etiraf etdi

02:40 15-01-2021 326

Kot-d’İvuar millisinin və İngiltərənin “Çelsi” futbol klubunun keçmiş hücumçusu Didye Droqba etiraf edib ki, məhz intim xarakterli videosu yayıldıqdan sonra həyat yoldaşından boşanmaq məcburiyyətində qalıb.

Bu barədə “The Sun” nəşri məlumat yayıb.

“Şəxsi həyatımı müzakirə etmək kimi vərdişim yoxdur, ancaq mediadakı spekulyasiyaları nəzərə alaraq təsdiq edirəm ki, təəssüf ki 20 il birgə yaşadığım Lalla ilə ayrılmaq qərarı verdik. Onunla yaxın dost olaraq qalırıq. Ən başlıcası, uşaqlarımızı, ailəmizin şəxsi həyatını qorumaq istəyirdik”, - deyə D.Droqba şaiyələrə son qoyub.

Qeyd edək ki, 2020-ci ildə məşhur futbolçunun başqa qadınla şəxsi videosu yayılmışdı. Görüntülər xüsusən sosial şəbəkələrdə böyük səs-küyə səbəb olmuşdu.