Səudiyyə Ərəbistanından hüquqi islahatlar vədi

02:40 10-02-2021 283

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ölkəsinin bu il beynəlxalq təşkilatların insan haqları tənqidinə məruz qaldığı mövzularda islahatlar aparılacağını açıqlayıb.

Dövlət xəbər agentliyinin (SPA) verdiyi məlumata görə, vəliəhd ailə hüququ, mülkiyyət hüququ, cinayət hüququ və müstəsna cəza və sübuta həsr olunmuş 4 qanun layihəsinin olduğunu bidirib.

Hazırlanmaqda olan dörd qanun layihəsi əvvəl Nazirlər Kabinetinə, daha sonra qəbul edilməsi üçün Məşvərət Şurasına təqdim ediləcək.

İbn Salman bildirib ki, sözügedən layihələr məhkəmə qərarlarının proqnozlaşdırılmasına, məhkəmə təsisatlarının fəaliyyətinin dürüstlüyünün və səmərəliliyinin artırılmasına, prosedurların və nəzarət mexanizmlərinin etibarlılığının artırılmasına kömək edəcək.