ABŞ-da qar uçqunu: Qardaşını “ağ ölümdən” qurtardı - VİDEO

03:20 10-02-2021 372

Son günlər ABŞ-ın Yuta ştatında qar uçqunu halları artıb.

Təkcə ötən bir neçə gün ərzində bu təbiət hadisəsi nəticəsində 14 nəfər həlak olub.

Belə uçqunlardan biri kameraya çəkilib. Xoşbəxtlikdən, bu dəfə heç bir ölüm faktı qeydə alınmayıb.

Kadrlarda qar arabası sürən bir qrup şəxsin uçqunla üzləşdiyi görünür. Möcüzə nəticəsində onlar sağ-salamat qurtula bilirlər. Uçqun altından ilk çıxanlardan biri öz qardaşını da qazıb çıxarır.

Qeyd edək ki, elə həmin gün yaxın ərazidə də qar uçqunu baş verib. Hadisə nəticəsində xizək sürən dörd nəfər həlak olub.