Azərbaycanda məhkəməyə çıxarılan dustaq özünə xəsarət yetirib

21:40 11-02-2021 309

Gəncə şəhərində 31 yaşlı dustaq özünə kəsici-deşici alətlə xəsarət yetirib.

“Report” un məlumatına görə, 1990-cı il təvəllüdlü Vasif Tağızadə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, V.Tağızadə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında saxlanılır.

Onun bu gün məhkəmə prosesi keçirilib.