Tokio Olimpiadası Təşkilat Komitəsinin rəhbəri qadınlar barədə ifadələrinə görə istefa verəcək

23:20 11-02-2021 322

Tokioda keçiriləcək Olimpiya Oyularının Təşkilat Komitəsinin rəhbəri Yosiro Mori qadınlar barədə işlətdiyi ifadələrdən sonra yaranmış qalmaqalla əlaqədar istefa verəcək.

Rusiyanın NTV telekanalının məlumatına görə, buyaxınlarda keçirilən toplantıların birində Mori bildirib ki, idman komitələri və federasiyalarda qadınların sayının artması həmin qurumların iclaslarının daha uzun müddət davam etməsinə səbəb olub. Belə ki, xamınlar bir qayda olaraq daha çox danışır, onlardan hər biri nə isə deməyi özünə borc bilir.

Bir qədər sonra Mori bu ifadələrinə görə üzr istəyib. Fevralın 12-də Təşkilat Komitəsinin növbəti iclasında onun istefa verəcəyi bildirilir.

Komitənin yeni rəhbərinin isə Olimpiya kəndinin meri Saburo Kavabuti olacağı gözlənilir.