“Mançester Yunayted” derbidə qalib gəldi - VİDEO

22:40 07-03-2021 365

İngiltərə Premyer Liqasında turun mərkəzi görüşü “Mançester Siti” və “Mançester Yunayted” komandaları arasında keçirilib.

Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 0:2.

Hesabı 2-ci dəqiqədə dəqiq penalti zərbəsi ilə Bruno Fernandeş açıb. 50-ci dəqiqədə isə Lük Şou yekun nəticəni müəyyənləşdirib.

Bununla da, “Mançester Siti”nin çempionatda 15 oyunluq qələbəlik seriyasına son qoyuldu.