Avropa Kubokunda iştirak edəcək millimizin tam tərkibi bilindi

21:20 07-04-2021 489

Kikboksinq millimizin ilin ilk yarışında iştirak edəcək tam heyəti bəlli olub.

HerGun.Az-a Azərbaycan Kikboksinq Federasiyasından verilən məlumata görə, komandamız Antalyada keçiriləcək VI Beynəlxalq Türk Açıq turniri adlanan Avropa Kubokunda dörd idmançı ilə mübarizə aparacaq.

Bunlar Akif Quluzadə (-54 kq, gənclər) Anar Məmmədov (-57 kq), Qiyas Şahmərdanov (-60 kq) və Qəşəm Məmmədovdur (-63.5 kq). Bütün idmançılarımız kikboksinqin “low kick” növündə yarışacaq.

Azərbaycandan iki hakim – Aydın Ağabəyov və Anar Məmmədov yarışda ədaləti qorumağa çalışacaq.

Komandanın rəhbəri baş katib Sadıx Bağırov olacaq. Millimiz Avropa Kuboku üçün Türkiyəyə sabah səhər saatlarında yola düşəcək. Yarış 9-11 aprel tarixlərində baş tutacaq.

Səbuhi Musayev