Azərbaycanda daha 36 nəfər koronavirusdan öldü: 2 414 yeni yoluxma - FOTO

18:40 11-04-2021 360

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 414 yeni yoluxma faktı qeydə alınıb, 1 695 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.

Azərbaycanda indiyədək cəmi 285 993 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 250 708 nəfər müalicə olunaraq sağalıb, 3 915 nəfər vəfat edib, aktiv xəstə sayı 31 370 nəfərdir.

Ölkədə son sutka ərzində 13 248, hazırkı dövrədək isə 3 018 445 test aparılıb.