İran hansı halda nüvə sazişi danışıqlarının dayandırılacağını açıqladı

04:40 16-04-2021 312

Nüvə sazişi barədə danışıqlar qeyri-konstruktiv istiqamətdə gedərsə, rəsmi Tehran bu prosesi dayandıra bilər.

TASS-ın məlumatına görə, bu sözləri İran xarici işlər nazirinin müavini Abbas Araqçi deyib.

“Danışıqlar gözlədiyimiz kimi konstruktiv istiqamətdə gedərsə, bizim tərəfimiz prosesi davam etdirəcək. Əgər əksi olarsa, biz danışıqları dayandıracağıq”, - deyə A.Araqçi bildirib.