Avropa çempionumuz ikinci dəfə qitənin ən güclüsü ola biləcəkmi?

10:40 16-04-2021 356

Bu gün cüdo üzrə Azərbaycan millisi Portuqaliyanın paytaxtı Lissabonda start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

HerGun.Az xəbər verir ki, ilk yarış günündə üç idmançımız qüvvəsini sınayacaq. Bunlardan son Avropa çempionu Orxan Səfərovun titulunu qoruyub-qorumayacağı maraqla gözlənilir.

60 kq. 1/16 final. Kəramət Hüseynov – Nikolay Foka (Moldova)

66 kq. 1/16 final. Orxan Səfərov – Amit Boboviç (İsrail)

Nicat Şıxəlizadə – Matey Polyak (Slovakiya)

Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq. Azərbaycan yarışda doqquz cüdoçu ilə təmsil olunur. Yarışda 45 ölkədən 359 idmançı mübarizə aparır.