Bakıda zəncirvari qəza: “Toyota”, BMW və “Kia” toqquşdu - FOTO

23:20 16-04-2021 322

Bakıda üç avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.

Belə ki, hadisə nəticəsində “Toyota”, BMW və “Kia” markalı avtomobillər toqquşub.

BMW markalı avtomobil hadisə yerindən uzaqlaşıb.

Qəza yerinə DYP əməkdaşları gəlib. Hazırda hadisənin təfərrüatı araşdırılır.