Millimizin qapıçısına 25 tikiş qoyuldu

00:40 17-04-2021 402

Azərbaycan Premyer Liqasının XXIII turunun “Səbail”lə səfər matçının 26-cı dəqiqəsində ciddi zədə alan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev dərhal xəstəxanaya aparılıb.

Burun, üz və kəllə nahiyəsindən xəsarət alan 27 yaşlı qolkiperə 25 tikiş qoyulub.

İlkin müayinədən sonra Məhəmmədəliyevin ən azı 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

Qeyd edək ki, “Səbail” – “Qarabağ” oyunu 1:1 hesabı ilə başa çatıb.