Türkiyə millisinin qapıçısı üç ay yaşıl meydanlardan kənarda qalacaq

04:00 18-04-2021 368

Futbol üzrə Türkiyə millisinin əsas qapıçılarından biri Altay Bayındır zədələnib.

“HaberGlobal” xəbər verir ki, bu barədə qolkiperin çıxış etdiyi “Fənərbaxça” klubu məlumat yayıb.

İstanbul klubunun açıqlamasında qeyd olunur ki, Altay Bayındır zərbələri dəf etmə hazırlığı zamanı əlindən ağır xəsarət alıb.

Tibbi müayinədən keçən oyunçunun biləyində sınıq aşkar edilib.

Yaxın günlərdə əməliyyat olunacaq qapıçının üç ay yaşıl meydanlardan kənarda qalacağı qeyd olunur.