Misirdə qatar relsdən çıxdı: 8 ölü, 26 yaralı

18:40 18-04-2021 372

Misirin Kalyubiya vilayətində dəmiryolu qəzası baş verib.

“Al-Arabiyya” məlumat verir ki, qatarın relsdən çıxması nəticəsində səkkiz nəfər ölüb, 26 nəfər isə yaralanıb.

Qeyd edək ki, bu, son zamanlarda Misirdə baş vermiş ikinci dəmir yolu qəzasıdır. Belə ki, martın sonunda iki qatarın toqquşması nəticəsində 19 nəfər ölmüş, 185 nəfər isə yaralanmışdı.