Rusiyada koronavirusa qarşı peyvənd vurduranlara fərqlənmə nişanları veriləcək

04:40 27-04-2021 327

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında koronavirusa qarşı peyvənd vurduranlara fərqlənmə nişanları veriləcək.

“Kommersant”ın məlumatına görə, bu barədə regionun Səhiyyə naziri Maksim Zabelin bildirib.

Onun sözlərinə görə, bu cür döş nişanları “Vahid Rusiya”nın layihəsidir və bu gündən etibarən veriləcək.