Üç uşaq atası intihar etdi

09:20 11-05-2021 318

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Bu barədə HerGun.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Hadisə rayonun Bığır kəndində qeydə alınıb.

50 yaşlı Aqil Zeynalov yaşadığı evin həyətindəki ağacdan özünü asaraq intihar edib.

Mərhumun üç uşağı var. 

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.