Kazanda məktəbə hücum zamanı sinif otağından çəkilən görüntülər yayılıb – VİDEO

22:20 11-05-2021 346

Rusiyanın Kazan şəhərindəki təhsil müəssisəsinə edilən silahlı hücum zamanı çəkilən videogörüntülər yayılıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, görüntülər məktəbin sinif otaqlarının birində qeydə alınıb.

İnsident nəticəsində 9 nəfər öldürülüb, 21 nəfər yaralanıb.

Hadisə ilə bağlı Tatarıstanda matəm elan olunub.