Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayır

14:00 16-05-2021 540

2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq mayın 17-də Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edilməsi ilə komanda-qərargah təlimi keçiriləcək.  

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, mayın 20-dək davam edəcək təlimdə praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun təyinat rayonlarına çıxarılaraq məşq etdiriləcək.