Azərbaycanda insan alveri qurbanlarının sayı AÇIQLANDI

16:20 16-05-2021 373

2005-2020-ci illər üzrə ölkədə insan alveri ilə bağlı qeydə alınan faktlar üzrə cinayət törətmiş şəxslərin sayı açıqlanıb. 

HerGun.Az bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin 2005-2020-ci illər üzrə ölkədə insan alveri ilə bağlı cinayətlərlə mübarizə işinin vəziyyətinə dair statistik məlumatlarına istinadən xəbər yayıb. 

Bildirilib ki, qeydə alınan 4248 fakt üzrə cinayət törətmiş şəxslərin sayı 2646 nəfərdir.

Son 15 il ərzində insan alveri qurbanlarının sayı 1070 nəfər, insan alverçilərinin sayı 594 nəfərdir.