Qəzzada ölən fələstinlilərin sayı 200-ü keçib

16:40 17-05-2021 335

İsrail ilə Qəzza zolağı arasında münaqişənin kəskinləşməsindən bəri 218 fələstinli həlak olub, 6,5 mindən çoxu isə yaralanıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Fələstinin Moskvadakı səfiri Abdel Hafiz Nofal xəbər verib.

Onun sözlərinə görə, qurbanların 90 faizindən çoxu mülki insanlardır.

“Öldürülənlərin 30 faizindən artığı qadınlar və uşaqlardır”, - deyə o, əlavə edib.