“Avroviziya”nın favoriti dəyişdi

23:00 17-05-2021 480

“Avroviziya 2021” mahnı müsabiqəsinin rəsmi bukmekerlərinin favoriti dəyişib.

Bu barədə “EuroINvision” portalı məlumat yayıb.

Məlumata görə, hazırda ən çox qələbə şansı İtaliyanın “Maneskin” rok qrupundadır. Onlar müsabiqəyə “Zitti e buoni” mahnısı ilə qatılıblar.

Rokerlər “Voila” mahnısı ilə Fransanı təmsil edən Barbara Pravini ikinci pilləyə sıxışdırıblar.

Bukmekerlərin proqnozlarına görə, builki yarışmanın üçüncüsü isə maltalı Destini Çukunyeri olacaq. O, müsabiqədə “Je me casse” kompozisiyasını ifa edəcək.

Qeyd edək ki, “Avroviziya 2021” 18-22 mayda Rotterdamda keçiriləcək.