Koronavirusun tüğyan etdiyi Hindistan daha bir fəlakətlə də üzləşdi: Ölənlər var - VİDEO
07:20 18-05-2021 515
Hindistanın qərbində “Tauktae” siklonu tüğyan edir. Küləyin sürətinin saatda 200 km-ə çatdığı bildirilir.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
İlkin məlumatlara görə, azı səkkiz nəfər həlak olub, bundan başqa 150 min insan təxliyyə olunub.
Təbii fəlakətlə əlaqədar Mumbai aeroportu işini dayandırıb.