Dörd güləşçimiz Avropa çempionatında mübarizəyə qoşuldu

14:00 18-05-2021 366

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

HerGun.Az xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

74 kq
1/8 final: Əşrəf Aşırov – Çermen Valiyev (Rusiya) / Lukas Kant (Almaniya)

86 kq
1/8 final: Orxan Abbasov – Uri Kalaşnikov (İsrail)

92 kq
1/8 final: Osman Nurməhəmmədov – Rəcəp Haydari (Şimali Makedoniya)

125 kq
1/8 final: Vahid Qalayev – Aleksi Jorjoliani (Gürcüstan)

Qeyd edək ki, bu gün iki sərbəst güləşçimiz – Əliabbas Rzazadə (57 kq) və Cəbrayıl Hacıyev (70 kq) qızıl medal, daha iki güləşçimiz – Zirəddin Bayramov (65 kq) və İslam İlyasov (97 kq) bürünc medal üçün mübarizə aparacaq.