Məşhur ifaçı Ariana Qrande gizli şəkildə evlənib - FOTO

06:40 19-05-2021 535

Dünyanın məşhur ifaçılarından olan Ariana Qrande gizli şəkildə evlənib.

Bu barədə “abnews” xəbər yayıb.

Məlumata görə, o, sevgilisi Dalton Qomeslə ailə həyatı qurub. Toy ötən bazar baş tutsa da, jurnalistlər və pərəstişkarları bu məsələdən ancaq mayın 17-də xəbər tutub.

Mərasim tam məxfi şəkildə həyata keçib. Təmtəraqa olan məhəbbətinə baxmayaraq Ariana ancaq qohumlarının və yaxın dostlarının iştiak etdiyi xudmani məclislə kifayətlənib. Ümumilikdə tədbirdə cəmi 20 nəfər olub.

Qeyd edək ki, təzə bəy şou-bizneslə əlaqəli adam deyil. O, daşınmaz əmlak məsələləri üzrə  agentdir. Onlar artist özünə ev axtararkən tanış olublar.