Samir Abasovun mətbuat konfransında maraqlı anlar yaşanıb - FOTO

00:00 20-05-2021 381

“Neftçi”nin baş məşqçisi Samir Abasovun “Qarabağ”la Azərbaycan Premyer Liqasının XXVIII tur oyunundan sonra keçirilən mətbuat konfransında maraqlı hadisə baş verib.

“Report” xəbər verir ki, flaqmanın futbolçuları konfrans otağına gələrək, 43 yaşlı mütəxəssisə sürpriz ediblər. Çempionluğu qeyd edən oyunçular baş məşqçinin üstünə su töküblər.

Bu səbəbdən mətbuat konfransı yarımçıq dayandırılıb.

Qeyd edək ki, “Qarabağ”a 1:0 hesabı ilə qalib gələn “Neftçi” 9 qat Azərbaycan çempionu olub.