Bəy qaçdı, gəlin toya gələn qonaqla evləndi

07:00 20-05-2021 350

Hindistanın Uttar Pradeş ştatının Kanpur şəhərində toyda qəribə hadisə yaşanıb.

“Haber Global” məlumat verir ki, yerli adət-ənənəyə görə, bəy və gəlinin bir-birinə çələng verməsinin ardınca mərasim başlayır.

Lakin bəy çələngi verəndən sonra yoxa çıxıb. Hər iki ailə üzvləri onu nə qədər axtarsalar da, tapa bilməyiblər.

Bundan sonra gəlinin ailəsi bu qərara gəlib ki, bəy özü qaçaraq aradan çıxıb.

Baş verən hadisədən sonra ağlayan gəlinə yaxınlaşan qonaqlardan biri təklif edib ki, gəlin mərasimdə ona uyğun kişilərdən biri ilə evlənsin.

Bu fikri bəyənən ailə bəy tərəfindən bir nəfəri seçib. Seçilən şəxsin ailəsi də razı olduqdan sonra toy davam edib.

Eyni zamanda, gəlinin ailəsi qaçan bəydən polisə şikayət ediblər.