Azərbaycanda 32 yaşlı kişi intihar edib

17:40 20-05-2021 564

Daşkəsən rayonunda kişi intihar edib. 

HerGun.Az-ın əldə etdiyi məlumata görə, Daşkəsən rayon sakini 1989-cu il təvəllüdlü İ.Verdiyev yaşadığı evdə özünü asaraq intihar edib. 

Şəxsin hansı səbəbdən intihar etdiyi məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.