Bakının əsas prospektlərində sıxlıq var - FOTO

09:20 21-05-2021 360

Bakının bəzi küçə və prospektlərində tıxac yaranıb.

HerGun.Az-ın məlumatına görə, paytaxtın Tbilisi prospektində və xüsusilə “20 Yanvar” dairəsinin yaxınlığında nəqliyyatın hərəkətində ciddi sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) HerGun.Az-a verilən məlumata görə, eyni zamanda Heydər Əliyev prospekti, şəhər mərkəzi, Qara Qarayev prospekti “Koroğlu” metrostansiyası istiqamətlərində də sıxlıq müşahidə olunur.

Sıxlıq avtobusların intervalında gecikmələrə səbəb olub.

Könül Cəfərli