Bakıda daha bir kişi itkin düşdü

16:09 20-09-2019 886

Bakıda 40 yaşlı kişi itkin düşüb.

HerGun.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində qeydə alınıb. 

1979-cu il təvəllüdlü Kononov Mixayıl Mixayloviç səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına onun həyat yoldaşı, 1984-cü il təvəllüdlü Nuraliyeva Dinara Alikovna ərizə ilə müraciət edib. 

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli