Levon Aronyan Teymur Rəcəbova rəqib ola bilmədi

16:54 25-09-2019 469

Azərbaycanlı şahmatçı Teymur Rəcəbovun Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunun yarımfinaldakı rəqibinin adına aydınlıq gəlib.

HerGun.Az xəbər verir ki, onun rəqibi fransalı Maksim Vaşye-Laqrav olacaq.

Fransalı qrossmeyster 1/4 finalın tay-brekində erməni Levon Aronyanı məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları sabah keçiriləcək.

Səbuhi Musayev