İtkin düşdüyü deyilən qadının ailəsi: Vüsaləni oğurlayıblar - FOTO

19:18 25-09-2019 356

 
Gəncədə bir neçə gün əvvəl itkin düşməsi ilə bağlı xəbəri yayılan qadının evindən oğurlandığı məlum olub. 

Yaxınlarının verdiyi məlumata görə, Gəncə şəhəri, Kəpəz rayon sakini, 1990-cı il təvəllüdlü Vüsalə Hüseynova 4 gün əvvəl evdən oğurlanıb və onun taleyindən hələ də xəbər yoxdur. 
 
Belə ki, sentyabrın 21-də axşam saatlarında işdən evə qayıdan Ramin Hüseynov həyat yoldaşının evdə olmadığını, evin pəncərəsinin sındırıldığını və yerdə qan izlərinin olduğunu görüb.
HerGun.Az-ın bölgə müxbiri çəkiliş zamanı evdə həqiqətən də əşyaların ələk-vələk edildiyinin şahidi olub.
 
Mətbəx qapısının şüşəsi də sındırılıb. Görünür, biçarə qadın mətbəxə sığınmaq istəyib, ona hücum edən isə pəncərəni sındıraraq, qapını aça bilib və bu zaman əlini yaralayıb.
 
Evdən oğurlanan qadını qonşular sakit və namuslu qadın kimi xarakterizə edir. Yaxınları üç uşaq anası olan Vüsalənin taleyindən narahatdırlar və əlaqədar qurumlardan bu işin açılması üçün əllərindən gələni etmələrini xahiş edirlər.
 
Bəzi xəbər portallarında hadisə barədə gedən yanlış məlumatlar da ailəni narahat edib.
 
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.