Ərdoğan bəyan etdi - Türkiyə Suriyada əməliyyatlara başladı

17:36 09-10-2019 795

Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb.

“Anadolu” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O əməliyyatının adının “Barış pınarı” olduğunu bəyan edib. R.T.Ərdoğan qeyd edib ki, bu hərbi əməliyyatlarla təhlükəsizlik bölgəsi formalaşdırılacaq.

“Suriyalı qaçqınların ölkələrinə geri qayıtmaları təşkil olunacaq”, - deyə R.T.Ərdoğan əlavə edib.

Aqşin Kərimov