Alimlər Marsda daha bir “canlı” göl tapıblar

00:45 10-10-2019 718

“Curiosity” adlı marsaxod Marsda qədim duzlu gölün qalıqlarını tapıb.  Bu barədə “Nature Geoscience” jurnalı yazır.

Marsın Satton adaları adı verilmiş ərazisində çoxlu sayda palçıq çatları və mineral duzlar aşkarlanıb.

Bu ərazini kosmik apparat ilk dəfə 2017-ci ildə çəkib. İndi isə alimlər iki illik analizlərin nəticələrini açıqlayıblar. Onların fikrincə, çatların səbəbi burada nə vaxtsa mövcud olmuş, sonradan qurumuş göldür. Nəticələrdə qeyd olunur ki, həmin göl mövcudluğu zamanı bir neçə dəfə quruyub, sonra isə yenidən su ilə dolub.

Alimlərin fikrincə, təxminən 3,5 milyard il əvvəl bu göl Cənubi Amerikadakı su hövzələrini xatırladıb.