İnam Kərimova yeni müavin təyin edildi - FOTO

11:27 10-10-2019 437

Azərbaycanın Kənd Təsərrüfatı nazirinə yeni müavin təyin edilib. 

HerGun.Az xəbər verir ki, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov vəzifəsindən azad edilərək, yerinə Elçin Zeynalov təyin olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məlumatı saytımıza təsdiq edib.

O bildirib ki, təyinat dünən olub. 

Qeyd edək ki, bu barədə ilk məlumatı Report yayıb.

İlhamə Əbülfət