Bakı-Quba yolunda ağır qəza: üç nəfər öldü - VİDEO

14:18 10-10-2019 530

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, qəza yolun 52-ci kilometrliyində qeydə alınıb.

Hadisə zamanı iki yük və bir minik avtomobilləri toqquşub. Qəza zamanı minik avtomobili yük maşınlarının arasında qalıb. 

Qəza zamanı üç nəfər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.