Basketbol üzrə Azərbaycan Super Liqası başladı - FOTO

01:36 11-10-2019 7

Bu gün basketbol üzrə Azərbaycan Super Liqasına start verilib.

HerGun.Az xəbər verir ki, “Sərhədçi”də keçirilən yarışdan öncə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov çıxış edib.

Açılış nitqindən və dövlət himni səsləndirildikdən sonra Azərbaycan Super Liqasına “Zirvə” (Astara) - “Gəncə” oyunu ilə start verilib. “CBC Sport” vasitəsilə canlı yayımlanan görüşdə Astara komandası 77:56 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan Super Liqasında səkkiz komanda mübarizə aparır. “Zirvə” və “Gəncə”dən başqa, “Atletik”, “Atom”, “Sərkərdə”, “Sıçrayış”, “80-lər” və “Xırdalan” da çempionatda çıxış edir. Digər altı komanda bu gün Azərbaycan Dövlət Texniki Universitetində keçiriləcək ilk turun növbəti görüşlərində üz-üzə gələcək. İlk görüş saat 12:00-da başlayacaq.

Səbuhi Musayev