Taksi 63 yaşlı kişini xəstəxanalıq etdi

04:36 11-10-2019 6

Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, hadisə Ağstafa şəhərinin ərazisində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən Ağstafa rayon sakini, 63 yaşlı Yaşar Zahid oğlu Yusibovu avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyətinin orta ağır olduğu bildirilib. 

Məlumata görə, qəzanı törədən avtomobil taksi fəaliyyəti ilə məşğul olur.

Faktla bağlı araşdırma aparılır.