İtkin düşən 28 yaşlı qız tapılıb

11:09 11-10-2019 5

Beynəlxalq Avtovağzalda itkin düşən gənc qız tapılıb. 

HerGun.Az-ın xəbərinə görə, daxil olan məlumat nəticəsinə hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabr ayının 8-də Beynəlxalq Avtovağzalda itkin düşən 1991-ci təvəllüdlü G.Rüstəmli Binəqədi rayon 40-cı Polis Bölməsinin əməkdaşları tərəfində tapılaraq, ailəsinə təhvil verilib. 

Könül Cəfərli