Maşın vurub öldürdü: polis yaxınlarını axtarılır - FOTO

14:45 11-10-2019 418

Oktyabrın 10-da axşam saatlarında Göygöl rayonunun Yeni Qızılca kənd ərazisində “BMW” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, piyada hadisə yerində ölüb.

Onun üzərindən heç bir sənəd aşkar olunmayıb. Ölən kişinin əlamətləri belədir: yaşı 50-60 arası, boyu 163 santimetr, arıq bədən quruluşlu, saçları qara, gözlərinin rəngi aladır. Əynində qara kostyum, boz köynək və qara şalvar olub.

Şəkildəki kişini tanıyanlardan və onun barədə məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin, Göygöl Rayon Polis Şöbəsinə və (022) 205-22-79; (055) 545-11-02 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.