Njdenin Yerevanda abidəsinin olması minlərlə insanın xatirəsinə təhqirdir - Rusiyalı ekspert

19:54 11-10-2019 520

Alman faşistlərinə xidmət edən Qaregin Njdenin Yerevanda abidəsinin olması Böyük Vətən Müharibəsi illərində həlak olan minlərlə Sovet vətəndaşının xatirəsinə təhqirdir. 

Bunu HerGun.Az-a açıqlamasında beynəlxalq konfliktlər üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib. 

“Düşünürəm ki, rəsmi Yerevan müstəqil qərarlar qəbul etmək səlahiyyətindədir, amma məsələ faşizmin təbliğatıdırsa, bu, qətiyyən yolverilməzdir”, - deyə rus ekspert bildirib. 

Mixaylov Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında Yerevanın mərkəzində alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət edən faşist cəllad və satqına abidə qoyulması haqqında nitqində bu kimi abidələrin müharibədə həlak olanların xatirəsinə və veteranlara qarşı hörmətsizlik kimi təqdim etməsinin çox düzgün yanaşma olduğunu da əlavə edib. 

“İlham Əliyev Soçidə keçirilən toplantıda Azərbaycan Yerevana qarşı qoyduğu mövqeyinə ciddi riayət edir”, - deyə ekspert qeyd edib.