Qonşular mübahisə etdi, gənc sinəsindən bıçaqlandı

00:00 12-10-2019 1218

Bakının Suraxanı rayonunda bıçaqlanma faktı qeydə alınıb.

HerGun.Az xəbər verir ki, Əmircan qəsəbəsi, Qulu Quliyev küçəsi 21 ünvanında qonşular arasında baş verən mübahisə zamanı 1992-ci il təvəllüdlü Hüseynzadə Aqşin Musa oğlu bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq əməliyyat edilib. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu