Türkiyədən terrorçulara ağır zərbə - ANBAAN VİDEO

00:36 12-10-2019 7

Türkiyə Müdafiə Nazirliyi “Barış pınarı” əməliyyatları zamanı çəkilmiş görüntüləri yayımlayıb. 

HerGun.Az xəbər verir ki, Türk Silahlı Qüvvələrinin rəsmi “Twitter” hesabından paylaşılan görüntülərdə hava hücumu ilə düşmənin hava hücumundan müdafiə zenit-roket kompleksinin məhv edilməsi əks olunub. 

Qeyd edək ki, əməliyyatların əsas məqsədi Türkiyənin cənub sərhədində yaradılması planlaşdırılan “terror dəhlizini” aradan qaldırmaq, sərhəd bölgəsində başda PKK olmaqla, bütün terror təşkilatlarını məhv etmək, eyni zamanda, yurdundan didərgin düşmüş Suriya xalqını təhlükəsiz şəkildə yenidən ölkəsinə qaytarmaqdır.