Borc üstündə, ya səs-küyə görə? - Yasamalda bir nəfəri naməlum səbəbdən yaraladılar

02:09 12-10-2019 583

Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, rayon ərazisində 1987-ci il təvəllüdlü Axundzadə Şəhriyar Sakit oğlu bir neçə nəfərlə mübahisə edib.  

Nəticədə o, qarın və ürək nahiyəsindən 2 bıçaq xəsarəti alıb.  

Yaxınlıqda olan taksi sürücüsü onu xəstəxanaya çatdırıb. Qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan yaralı cərrahi əməliyyat edilib.  

İlkin məlumata görə, Ş.Axundzadə borc götürdüyü pulu qaytarmadığına görə, tərəflər arasında mübahisə yaranıb.  

Rayon üzrə Polis İdarəsindən verilən ilkin məlumata görə isə, Ş.Axundzadə yaşadığı məhəlləyə daxil olarkən bir neçə nəfərin yüksək səslə danışdığını görüb.  

Buna etiraz edərkən o, bıçaq xəsarətləri alıb. Hadisənin təfərrüatı araşdırılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu