Zelenskinin İtaliyada gizlətdiyi evin şəkli yayıldı - FOTO

03:36 12-10-2019 8

Ukrayna prezidenti Vladimir Zelenski İtaliyada daşınmaz əmlaka malikdir.

Dövlət başçısının evinin şəklini çəkmək üçün jurnalist Osman Paşayev xüsusi olaraq Forte-dey-Marmi kurort şəhərciyinə yollanıb.

Ukraynada gəzən şayiələrə əsasən, prezidentin villası zəngin rusların yaşadığı ərazidə yerləşir. Paşayev isə bildirib ki, bu, həqiqətə uyğun deyil. 

“Forte-dey-Marminin zəngin rusların gettosu olmağı ilə qorxudurdular. Gəldik. Bir dəfə də olsa rus  kəlməsi eşitmədik, heç bir rus lövhəsi görmədik”, - deyə jurnalist yazıb.

Ukrayna KİV-ləri bildirirdilər ki, Zelenski bu 15 otaqlı daşınmaz əmlak obyektini deklorasiyadan keçirməyib. “Dedi-qodu” qalxanda isə, dövlət başçısı xaricdəki evin investisiya olduğunu və ehtiyac yarandıqda satacağını qeyd edib.