Ronaldu 700-cü qolunu vurdu - VİDEO

04:54 12-10-2019 6

Portuqaliyanın futbol üzrə yığmasının hücumçusu Kriştianu Ronaldu unikal bir nailiyyət əldə edib.

Marca”nın verdiyi məlumata əsasən, forvard 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin Lüksemburqa qarşı keçirilən matçında (3:0) rəqib qapısından top keçirməklə, peşəkar karyerasında 700-cü  qola imza atmış olub.

Qeyd olunur ki, “Qızıl Top”un beşqat sahibinə 973 oyun lazım olub ki, onlardan 458-ində rəqib qapısından top keçirib. Ümumilikdə, isə o, 12 müxtəlif turnirdə qol vurub.