ABŞ-ın Kaliforniya ştatında güclü yanğın baş verib: İtki var - VİDEO

06:27 12-10-2019 482

ABŞ-da Los Ancelesin (Kaliforniya ştatı) şimalında yerləşən ərazilərdə ümumilikdə 28 min kv/m ərazidə yanğın başlayıb. 

TASS-ın CNN-ə istinadən verdiyi məlumatına əsasən, başlayan yanğınlar nəticəsində ən azı bir nəfər həlak olub.

Əraziyə min nəfərə yaxın yanğınsönürən cəlb edilib. Lakin bir neçə gün əvvəl başlayan quru və isti külək alovun söndürülməsinə mane olur. 

Hadisə nəticəsində ümumilikdə 23 min evdən 100 mindən artıq insan təxliyə olunub. Bildirilir ki, artıq 75 tikili yanıb.

Kaliforniyanın müasir tarixində ən dağıdıcı hesab olunan yanğının baş verməsinin səbəbkarı “Pacific Gas and Electric (PG&E)” şirkətinin elektrik enerjisini kəsməsi nəticəsində 300 min insan işıqsız qalıb.

“Voice of Amerika” bildirir ki, yanğının fəsadlarının daha da artacağı istisna edilmir. Şiddətli külək nəticəsində alovlar Kaliforniyanın cənub ərazilərinə də keçib. Hazırda həmin ərazilərdə də yanğınsöndürmə briqadaları alovların qarşısını almağa çalışır.