Bakıda yağışlı havada baş vermiş dəhşətli qəzalar – ANBAAN VİDEO

15:18 12-10-2019 814

Adətən yağışlı havalarda sürücülərə avtomobil idarə edərkən son dərəcə ehtiyatlı olmaları tövsiyə edilir. Buna səbəb isə yolların həddindən artıq sürüşkən olmasıdır. Bir çox hallarda sürücülər adi hava ilə yağışlı hava arasında fərq qoymadan avtomobil idarə edirlər. Bu da acı nəticələrə gətirib çıxarır.

Avtosfer.az-ın təqdim etdiyi videogörüntüdə belə havalarda baş verən üç qəza əks olunub. Hər üç qəza demək olar ki, eyni yerdədir. 

Aeroport yolunda yüksək sürətlə hərəkət edən sürücülər qəfil əyləci basanda sürüşmə baş verir və avtomobil idarəetməni itirir.