Yeniyetmə şahmatçının uğuru “Şah”ın diqqətindən kənarda qalmadı - FOTOFAKT

19:18 12-10-2019 538

Yeniyetmə şahmatçımız Aydın Süleymanlının yaşıdları arasında dünya çempionu olması diqqətdən kənarda qalmayıb. 

HerGun.Az xəbər verir ki, 14 yaşlı zəka sahibinin bu uğuru qorssmeysterimiz, dünya şahmatının ən güclü nümayəndələrindən biri, FİDE-nin son reytinqində 7-ci sırada qərarlaşmış Şəhriyar Məmmədyarovun diqqətini çəkib. 

Öz “Facebook” səhifəsi vasitəsilə yeniyetmə həmkarını təbrik edən “Şah” onun bu uğurunu, xüsusilə də, Hindistanda çempion olmasını qabardaraq xoş arzularını bildirib. 

A.Süleymanlı isə rəy yazaraq Məmmədyarova belə cavab verib: “Sizin məni izləməyiniz mənim üçün böyük fəxrdir!” 

Qeyd edək ki, 10 oyundan sonra 9 xalla çempion olan Aydın daha əvvəl də müxtəlif nüfuzlu turnirlərdə mükafatlar qazanıb.