Ağstafada mikroavtobus “KamAZ”la toqquşdu, xeyli sayda yaralı var

21:27 12-10-2019 699

Ağstafa rayonunda sərnişindaşıma ilə məşqul olan mikroavtobus aşıb. 

HerGun.Az xəbər verir ki, qəza nəticəsində xəsarət alanlar olub.  

Yaralılardan bəziləri Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

İlkin məlumata görə, mikroavtobus “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə ona yaxın sərnişinin yaralanıb.  

Hadisə yerinə Ağstafa rayon Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.  

Faktla bağlı araşdırma başlanılıb.